Nazirlikdə 3 ayda 3544 nəfər qəbul edilib
Bizi izləyin

Qırmızı.az

Nazirlikdə 3 ayda 3544 nəfər qəbul edilib

Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 3544 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.

Bu barədə Publika.Az – a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, Lənkəran rayonunda, Sumqayıt və Şirvan şəhərlərində ümumilikdə 226 nəfər vətəndaş qəbul olunub.
Nazirlikdə qəbul olunan vətəndaşlardan 44 nəfərinin müraciəti nazir, digər vətəndaşların müraciətləri isə nazirliyin aidiyyatı rəhbər şəxsləri tərəfindən dinlənilib. Hər bir vətəndaşın müraciəti nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, konkret tədbirlər görülüb. Eyni zamanda, qəbullar zamanı ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq əlil arabaları və digər reabilitasiya avadanlıqları, sanator-kurort yollayışları və s. ilə təmin olunublar.

Müraciətlərdə barəsində haqlı narazılıq ifadə olunan əməkdaşlarla bağlı isə müvafiq araşdırmalar aparılıb və araşdırmaların nəticələri əsasında inzibati tədbirlər həyata keçirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm