• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Niderlandda erməni diasporu güclüdür,yoxsa azərbaycan diasporu? - Şərh

Niderlandda erməni diasporu güclüdür,yoxsa azərbaycan diasporu? - Şərh

Son zamanlar Niderlandın Almelo şəhərində “soyqırım”a qoyulmuş abidə müzakirəyə səbəb olub

Bu sözləri BayMedia-ya Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasov bu günlərdə Niderlandın Almelo şəhərində saxta erməni “soyqırımın”a qoyulmuş abidənin müzakirəyə səbəb olmasını şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, bəzən burda erməni diasporunun güclü olması barədə yazılar və statuslar oxuyuram: ”Avropada yaşayan biri kimi tam səmimiyyətimlə deyirəm ki, erməni diasporu bizim diaspordan, nə də dövlətləri bizim dövlətdən güclü deyil. Onlara bu dəstəyi verənlər var. Bir faktı demək yetər ki, həmin abidə erməni kilsəsinin heyətində qoyulur. Ümid edirəm ki, nə demək istədiyim aydın oldu. Bizim Niderlandda ən zəif fəaliyyət göstərən təşkilatımız belə, erməni diaspor təşkilatının ən güclü işləyənindən güclüdür. Sadəcə onların maliyyə imkanları genişdir ki, bunun da səbəbləri məlumdur. Napoleon zamanında deyirdi ki, dünyanı işğal etmək üçüb mənə üç şey lazımdır: Pul,Pul,Pul.

Bu günə qədər,şəxsən bu adıma deyirəm, getdiyim bütün yerlərə, keçirtdiyim görüşlərə xərclənən vəsaiti öz hesabıma etmişəm. Bəlkə bir qədər təvazökarlıqdan kənar səslənir, fakt isə dəyişmir. Bizim təşkilatın əksəriyyəti güclü fəaliyyətlərini davam etdirirlər. Təkrar etmək istəyirəm ki, ermənilərə yardımlar olmasa, onlar heç bir şey edə bilməzlər.

Bir faktı da qeyd etmək istəyirəm ki, Niderlandda fəaliyyət göstərən Azərbaycan və Türk təşkilatarı ilə erməni təşkilatlarının sayını müqayisə etsək arada çox böyük fərq, bizim xeyrimizə görmüş olarıq. Bu kimi məqamlarda birlikdə fəaliyyət göstərmənin vacibliyini düşünür və təkilatlarımızı qınamağın tam əleyhinəyəm. “Arxalı köpək qurd basar” sözü bu yerdə yerinə düşür”,-deyə politoloq əlavə edib.


Elnur Eltürk

Xəbər lenti

DAHA ÇOX XƏBƏR