Siyavuş Novruzov müxalifəti YAP-ın bir təşkilat üzvləri ilə müqayisə etdi
Bizi izləyin

Qırmızı.az

Siyavuş Novruzov müxalifəti YAP-ın bir təşkilat üzvləri ilə müqayisə etdi

Siyavuş Novruzov müxalifəti YAP-ın bir təşkilat üzvləri ilə müqayisə etdi

“Milli Şurada təmsil olunan müxalifətin ümumi üzvlərinin sayı YAP-ın təkcə ən kiçik rayon təşkilatı üzvlərinin sayından azdır”.

Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyə seçkilərinə hazırlıq məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətin bələdiyyə seçkiləri ilə bağlı hazırlığa başlaması barədə səslənilən fikirlər gündəmdə qalmağa hesablanıb. S.Novruzov bildirib ki, əslində radikal müxalifət bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə heç bir hazırlıq işi aparmır: “Onlar yaxşı bilirlər ki, seçkilərin heç birində lazımı namizəd irəli sürə bilməyəcəklər.Seçkilərə ən azı 40 minə yaxın namizəd irəli sürülməlidir. Ancaq indi bütövlükdə radikal müxalifətin hamısını bir yerə toplasaq, heç YAP-ın bir rayon təşkilatı üzvlərinin sayı qədər olmaz. Biz dəfələrlə bələdiyyə seçkilərində də görmüşük ki, müxalifətin ancaq şəhərdə və şəhərin bir neçə yerlərində namizəd irəli sürməyə gücü çatır. Bütün yerlərdə namizəd irəli sürmək üçün isə sosial baza və elektorat lazımdır. Müxalifətdə isə bu yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm