Qalmaqallı torpaq sahəsi ilə bağlı məhkəmə iddiası qismən təmin olundu
Bizi izləyin

Qırmızı.az

Qalmaqallı torpaq sahəsi ilə bağlı məhkəmə iddiası qismən təmin olundu

Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar Səbail Rayon Məhkəməsində 2012-ci ilin sentyabrından başlanan məhkəmə prosesi yekunlaşıb.

Publika.Az-ın məlumatına görə, aprelin 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin baş məsləhətçisi Akif Hüseynov ilk dəfə olaraq məhkəməyə gəlib və torpaq sahəsinin zəbt olunması faktını təsdiqləyib.

Aprelin 17-də hakim Nurəddin Bağırov mərhum şair Ağa Laçınlının ailəsinin iddiasının qismən təmin edilməsi haqda qərar çıxarıb. İddiada 6 sot torpaq sahəsinin 3 sotunun zəbt olunduğu bildirilsə də, hakim Torpaq Komitəsinin Bakı Şəhər Şöbəsinin baş məsləhətçisinin məhkəmədəki izahatına əsaslanaraq zəbt edilmiş torpaq sahəsinin 1,5 sotunun boşaldılması haqda qərar çıxarıb. Qərara əsasən, zəbt edilmiş sahəyə çəkilən daş hasarın 1,5 sot hissəsi cavabdeh tərəfin - Məmmədovlar ailəsinin hesabına sökülməlidir.

Qeyd edək ki, Bakının Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi vaxt - 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub.

2011-ci ildə zəbt edilmiş torpaq sahəsi ilə bağlı Ağa Laçınlının ailəsi bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət edib. İşə Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov baxıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm