Qırmızı.az
QMİ-də halallıq verilməsi ilə əlaqədar xüsusi qrup yaradılıb
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib.
QMİ-dən Publika.az-a verilən məlumata görə, aprelin 17-də
Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən QMİ
Qazılar Şurasının islacında Şuranın üzvləri və İdarənin
səlahiyyətli nümayəndələrinin iştirakı ediblər. İclasda çıxış edən
Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş
işlər barədə məlumat verib, Şuranın
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və
tövsiyyələrini səsləndirib.
İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı
Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub.
Din xadimlərinin çıxışlarında bu
məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf
şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin
rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində
yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə
təsbit edilmiş vəzifəsidir.
İndiyədək "SAB" şirkətinin məhsullarına halallıqla bağlı
zəmanətin verildiyini diqqətə çatdıran İdarə rəsmiləri gələcəkdə
müvafiq dövlət qurumu ilə müştərək fəaliyyətin həyata keçiriləcəyi
təqdirdə halal qida məhsulları istehlakçılarının haqlarının
qorunmasının mümkün olacağını vurğulayıblar. Halallıq zəmanətinin
verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi
işçi qrupun yaradılması qərara
alınıb. Qazı Faiz Nagızadə başda olmaqla 5 nəfərdən ibarət
həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri
müəyyənləşdirilib. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad
Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları
Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil olublar.
İclasda həmçinin, Qazılar Şurasının dünyasını dəyişmiş üzvlərinin
ruhları yad edilib. Şuranın fəaliyyətinə dair məsələlər sırasında
təşkilati məsələlərə baxılıb - yeni qazılar və səlahiyyətli
nümayəndələrin seçilməsi həyata keçirilib.
Qazılar məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurətini də xüsusi vurğulayıblar.
İclasda QMİ Qazılar Şurasının sədrinin bölgələrə səfərləri, onların davam etdiriləcəyi, bölgələrdə aparılan maarifləndirmə işlərinin önəmi, din xadimləri üçün təkmilləşdirmə kurslarının yaradılması, din xadimlərinin attestasiyası prosesinin dini kadrların bilik, bacarıq və vərdişlərinin yüksək səviyyəyə qaldırılması işinə xidmət etdiyi, eləcə də Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyyə və qərarı ilə son illər kitab və vəsaitlərin çap olunması işlərinin davam etdiriləcəyi xüsusi qeyd olunub.
İclasda məscid və ziyarətgahların maliyyə vəziyyətləri ilə barədə də məruzə dinlənilib.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR