"Azərenerji”də ixtisarlar başladı
Bizi izləyin

Qırmızı.az

"Azərenerji”də ixtisarlar başladı

İşçilərin ixtisara düşməsi bu dəfə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində özünü göstərməyə başladı.

İşçilərin ixtisara düşməsi bu dəfə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində özünü göstərməyə başladı.

ASC sədri Etibar Pirverdiyevin göstərişi ilə qurumun bütün rayon şöbələrində ixtisarlara start verilib. Bu məsələ hətta kənd rayonlarında da müşahidə olunur.

Belə ki, “Azərenerji”nin bir sıra rayon şöbələrinin əməkdaşları heç bir əsas göstərilmədən işdən azad olunurlar.

Artıq Bakı və Sumqayıt şəhərləriində də ixtisarlar başlayıb. Məsələ bu şəkildə davam etsə, xeyli insan işsiz qalacaq.

İxtisarların hansı səbəbdən aparıldığını öyrənmək üçün heç olmasa “Azərenerji” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bir həftədir telefon zənglərinə cavab ala bilmədik. /Modern.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm