Qırmızı.az
ABŞ-lı nazir: Xəzər dənizinin enerji ehtiyatlarının, təbii qazın nəqli yollarının şaxələndirilməsi vacibdir
ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmini istiqamətində Xəzər dənizinin enerji ehtiyatlarının və xüsusilə təbii qazın nəqli yollarının şaxələndirilməsi vacibdir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın enerji naziri Ernest Moniz "Təbii qazın dəyişən landşaftı" adlı genişmiqyaslı siyasi forumda enerji təlükəsizliyinin təminində Xəzər dənizi və Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr zamanı deyib.
E.Moniz bu məqsədə xidmət edən enerji layihələrinin ABŞ hökuməti tərəfindən dəstəkləndiyini bildirib.
ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində Corciya Texnologiya İnstitutunun təşəbbüsü ilə keçirilən forumun "Yeni qaz erası astanasında: tendensiyalar, problemlər və imkanlar" panelində "TransAvropa və Avrasiya regionunda enerji təhlükəsizliyinin dəyişən mənzərəsi" mövzusunda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov enerji bazarında etibarlı tərəfdaş imicini qazanmış Azərbaycanın enerji diplomatiyası barədə qısa məlumat verib, bu xüsusda Xəzər dənizinin enerji ehtiyatlarının Qərbə istiqamətlənməsinin əsasını qoyan "Əsrin müqaviləsi"ndən bəhs edib.
Səfir E.Süleymanov enerji ehtiyatlarına sahib olmaqla bu ehtiyatlardan səmərəli istifadənin strateji yanaşmaya əsaslandığını, Azərbaycan hökumətinin bu xüsuda verdiyi strateji qərar və seçimlərindən danışıb və hazırda reallaşdırılmaqda olan irimiqyaslı enerji layihələrinin Azərbaycan hökumətinin strateji baxış və siyasi iradəsini təcəssüm etdirdiyini bildirib.
Alternativ enerji mənbələri və yollarının enerji təhlükəsizliyinin təminində rolundan danışan diplomat Avropanın geosiyasi mənzərəsini dəyişən layihə kimi xarakterizə edilən"Cənub dəhlizi" layihəsini qeyd edib. Səfir hazırda Avropa bazarına yeganə yeni təbii qaz axınının məhz Azərbaycandan nəql edildiyini bildirib.
Sözügedən paneldə həmçinin Vaşinqtonda yerləşən Strateji və beynəlxalq Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının direktoru Sarah Ladislav "Dəyişən qlobal və milli landşaft: Ümumi baxış" mövzusunda çıxış edərək, yaxın gələcəkdə ABŞ-ın təbii qaz ehtiyatlarının ixracının mümkün olacağını, lakin qiymətlərin münasibliyi baxımından bu ixracın əsasən Asiya bazarını cəlb edəcəyini qeyd edib. Buna görə də Azərbaycan qazının Avropa üçün strateji əhəmiyyəti aktuallığını uzun müddət saxlayacağını bildirib.
Birinci paneldə həmçinin ABŞ-ın nüfuzlu enerji şirkətlərinin nümayəndələri və araşdırmaçıları Şimali Amerika regionunda enerji sektorunun bərpası, qaz inqilabının ABŞ-ın cənub şərq regionlarına təsiri və qaz və iqtisadi rəqabətədavamlılıq barəsində təqdimatlar edib.
Qeyd edək ki, Atlanta şəhərinə səfəri çərçivəsində E.Süleymanov 1885-ci ildə əsası qoyulmuş və ABŞ-ın aparıcı araşdırma mərkəzlərindən biri olan Corciya Texnologiya İnstitutu nəzdindəki Beynəlxalq münasibətlər üzrə Sam Nan Mərkəzində Azərbaycanın enerji diplomatiyası barədə çıxış edib.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR