Qırmızı.az
Azərbaycanlı tələbə Ukraynada faciəvi şəkildə öldü (FOTO)
Ukraynanın Dnepropetrovsk şəhərində təhsil alan 19
yaşlı azərbaycanlı idmançı tələbə faciəli şəkildə vəfat
edib.
ANS PRESS-in məlumatına görə, əslən Xaçmaz rayonundan olan 1994-cü
il təvəllüdlü Aslan Xıdırov Smaqdaun döyüş növü üzrə idmanla məşğul
olub. Beş gün qabaq isə məşq zamanı boynundan ağır zədə alıb və
təcili xəstəxanaya çatdırılıb. Bir gün komada qaldıqdan sonra Aslan
iflic vəziyyətdə özünə gəlib.
Bir neçə gün hissiyatsız vəziyyətdə xəstəxanada qalan gənc
həkimlərin bütün cəhdlərinə baxmayaraq dünyasını dəyişib.
Oles Qonçarov adına Dneprepetrovsk Dövlət Universitetinin ikinci
kurs tələbəsi olan Aslan Xıdırovun cənazəsi ötən gün Vətənə yola
salınıb.
Azərbaycan bayrağını yüksəklərə qaldırmaq arzusu ilə yaşayan gəncin
fotolarını sizə təqdim edirik. Allah rəhmət eləsin!
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı