Bakıda dəhşətli intihar
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli intihar

Bakıda dəhşətli intihar

Ötən gün səhər saatlarında Bakının Binəqədi rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayon polis İdarəsinin 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi ərazisində yaşayan 1971-ci il təvəllüdlü Cavanşir Sabir oğlu Əsgərovun meyiti hamam otağında, vannanın içində tapılıb.

Onun meyidini həyat yoldaşı görüb. Qadın axşam evə qayıdanda ərinin meyitini hamamda, vannanın içində tapıb.

Cavanşir Əsgərov vannaya su doldurub və içinə girib. Daha sonra elektrik cərəyanı ilə özünə qəsd edib. O, ölməmişdən qabaq həyat yoldaşına vida məktubu da yazıb. Məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib.

Qeyd edək ki, Cavanşir Əsgərov kiçik bizneslə məşğul olurmuş. Hələlik onun intiharının dəqiq səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm