Qırmızı.az
Naxçıvandakı hərbi təlimdən – Fotosessiya
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.
Qafqazinfo xəbər verir ki, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunmuşdu.
Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib.
Təlimdən fotoları təqdim edirik:
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?