Magistrlərə əsgərlikdən möhlət hüququ veriləcək
Bizi izləyin

Qırmızı.az

Magistrlərə əsgərlikdən möhlət hüququ veriləcək

Magistrlərə əsgərlikdən möhlət hüququ veriləcək

Elm haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, qanun layihəsi keçən ilin payız sessiyasından hazırdır və indi bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır: “Qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr nəzərə alınıb. Yalnız xərc tutumlu maddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra Elm haqqında qanun layihəsi Mili Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər”.

Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində öz əksini tapıb. O, magistratura və doktoranturada oxuyanların möhlət məsələsinə də münasibət bildirib: “Burada söhbət yalnız möhlət hüququndan gedir. Təhsil Boloniya prosesinə əsasən, 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Hər 3 pillədə biz oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməyinin tərəfdarıyıq. Bu məsələ Elm haqqında qanun layihəsində öz əksini tapıb. Yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Bu sessiya başa çatana kimi biz çalışacağıq ki, müzakirəyə çıxarılsın”.

Möhlətin hansı formada veriləcəyinə gəlincə, komitə sədri qeyd edib ki, oğlan tələbələr bakalvriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, həmin şəxslər hərbi xidmətdən möhlət almaq hüququna malik olacaq. Bu eyni zamanda, magistraturadan doktoranturaya keçənlərə də şamil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm