Hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Hava necə olacaq?

Hava necə olacaq?

Bakıda 30 dərəcəyə yaxın isti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, aprelin 19-da Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq, mülayim cənub, şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 19-da havanın temperaturu gecə 9-12, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

İsti hava şəraiti aprelin 20-də də davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm