Deputatlarmızın olduğu təyyarədə qəza həyəcanı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Deputatlarmızın olduğu təyyarədə qəza həyəcanı - YENİLƏNİB

Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaranıb. Baş verən həyəcanlı olay nəticəsində sərnişinlər təyyarədən aşağı endirilib və uçuş təxirə salınıb.

Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaranıb. Baş verən həyəcanlı olay nəticəsində sərnişinlər təyyarədən aşağı endirilib və uçuş təxirə salınıb.

"Musavat.com”a bununla bağlı məlumat verən mənbə bildirib ki, təyyarədə Milli Məclisin beş deputatı, həmçinin Azərbaycandan vəzifəli şəxslər də olub. Onların Yessentukidən, sanatoriyadan gəldiyi bildirilir.

Hazırda təyyarənin sərnişinləri aeroportda gözləyirlər. Onlar üçün Bakıdan əlavə təyyarə gətiriləcəyi qeyd edilir. Təyyarənin isə nasazlığına səbəb kimi motor hissəsində problem yaranması göstərilir.

YENİLƏNMƏ

Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaransa da, bu, qısa müddətdə aradan qaldırılıb. Həmin təyyarə artıq Bakıdadır.

Heydər Əliyev adına Hava Limaninin məlumat mərkəzindən verilən məlumata görə, təyyarə saat 23.10 radələrində Bakı aeroportuna enib.

Artıq təyyarənin sərnişinlərinin də aeroport ərazisini tərk etdikləri bildirilrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm