• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İsa Həbibbəyli: “Yeni Nizamnamə 328 maddədən ibarətdir”

İsa Həbibbəyli: “Yeni Nizamnamə 328 maddədən ibarətdir”

Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnamə layihəsi Rəyasət Heyətinin iclasında geniş müzakirə olunub.

Publika.Az-ın məlumatına görə, bu sözləri AMEA-nın vitse prezidenti İsa Həbibbəyli Akademiyanın 2013 –cü ilin hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib. O bildirib ki, əvvəlki nizamnamədə 149 maddə var idisə, yeni layihədə 328 bənd öz əksini tapıb: “İlk dəfə olaraq, bu nizamnamədə bir sıra bölmələr yeni olaraq təqdim edilib. AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri, akademiyanın regional bölmələri və elmi mərkəzləri, beynəlxalq əlaqələri, əmlakı və maliyyə vəsaiti kimi bölmələr 2002-ci ildə akademiyada qəbul olunan nizamnamədə yoxdur”.

İ.Həbibbəylinin sözlərinə görə,yeni nizamnamə layihəsi hazırda akademik Akif Əlizadənin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatı, ölkə prezidentinin akademiya qarşısına qoyduğu müasir vəzifələri tam əhatə edir: “Akademiyanın 70 illiyi ərəfəsində qəbul olunacaq yeni nizamnamə bu qurumun inkişafının sonrakı mərhələsinə meydan açacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR