• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əhliman Əmiraslanov:"Yeni avadanlıqlar alınmalıdır"

Əhliman Əmiraslanov:"Yeni avadanlıqlar alınmalıdır"

Kök hüceyrələr dünya təbabətində uğurla tətbiq edilir. Azərbaycanda da belə bir kök hüceyrə mərkəzinin yaradılmasının vaxtı çatıb.

Publika.Az –ın məlumatına görə, bu sözləri millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Akademiyanın 2013-cü ilin hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib: “Xahiş edirəm ki, Elmin İnkişafı Fondu, Akademiyanın imkanları daxilində belə bir mərkəzin yaradılmasını nəzərdə tutsun. Bu mərkəzdə çalışa biləcək mütəxəssislər Avropa və Türkiyənin bir çox mərkəzlərində hazırlanıb. İstanbulda 10-dan çox belə mərkəz fəaliyyət göstərir. Azərbaycanda da buna ehtiyac var”.

Ə.Əmiraslanov onu da bildirdi ki, gənclərin elmə cəlb edilməsi istiqamətində də işlər aparılmalıdır: “Bu istiqamətdə uğurlu addımlar atılır. Amma gənc alimlər üçün ayrıca adlı mükafatlar, qrant layihələri hazırlana bilər ki, bu da uğurlu addım hesab edilə bilər”.

Ə.Əmiraslanov bəzi institutların avadanlıqlarının müasir tələblərə cavab vermədiyini dedi: “Hörmətli akademik Ramiz Mehdiyevin də burada iştirakını nəzərə alaraq, bildirmək istəyirəm ki, biologiya və tibb elmləri bölməsində fəaliyyət göstərən elə institutlar var ki, ora 10 illiklərdir yeni avadanlıqlar alınmır. Adi reaktivlərin əldə edilməsi çətin bir proses olub. Yəqin bu problem digər institutlarda da var. Bu istiqamətdə də akademiyaya kömək etmək lazımdır. Yeni avadanlıqların olmadığı halda yüksək elmi naliyyətlərdən danışmaq olmaz”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR