Səslə idarə olunan kömpüterlər hazırlanır- NAZİRDƏN AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Səslə idarə olunan kömpüterlər hazırlanır- NAZİRDƏN AÇIQLAMA

Səslə idarə olunan kömpüterlər hazırlanır - NAZİRDƏN AÇIQLAMA

"Azərbaycanda səslə idarə olunan mini kompüterlər hazırlanır".

Publika.az –ın məlumatına görə, bu sözləri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib.“Uzun illər davam etdirilən və artıq real nəticələrə əsaslanan Azərbaycan dilinin digər dillərə avtomatik və səsli tərcüməsi, mətnlərin başa düşülməsi və kifayət qədər prakitiki əhəmiyyətə malik tam səslə idarə olunan mini kompüterlərin və mobil təkliflərin işlənib hazılanması və istehsalı əldə olunan nailiyyətlərdəndir”.

Ə.Abbasov bildirib ki, Nazirlik AMEA ilə sıx əməkdaşlıq edir: “Elmi jurnalların çap edilməsi, bir çox tədbirlərin keçirilməsi üçün dəstək veririk. Bu gün ölkəmiz prezident İlham Əliyevin dəstəyi ilə yeni bir inkişaf yoluna başlayır”.

Nazir elmlə iqtisadi sahənin əlaqələndirilməsinin vacibliyini qeyd edib. O innovativ iqtisadiyyatın yaradılmasının önəmini vurğulayıb: “Elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır. Belə ki, sənaye və texnoloi parklar yaradılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm