İlham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı

İlham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı

Hazırda məhbəsdə olan teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyev azadlığa buraxılıb.

Teleqraf.com-un məlumatına görə, A.Əliyev İ.Mİrzəyevin şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib. O, İ.Mirzəyevin qohumu ilə ailə həyatı qurub.

İ.Mirzəyev iddia edib ki, A.Əliyev “Space” telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub. Asif Əliyevin bu haqda dediklərini təsdiqləyən sübutlar da ortaya qoyulub.

Məsələn, mobil operatorlardan alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də “Space” telekanalının yaxınlığında olmayıb. Həmin vaxt onun telefonu “8-ci kilometr” qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb. Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəmişdi.

Aprelin 12-də Nərimanov Rayon Məhkəməsi İlham Mirzəyevi dələduzluqda ittiham edərək barəsində həbs qətiimkan tədbiri seçib. Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm