• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

DYP: "Yolun sağı boş ola-ola solda sürənləri cəzalandıracağıq"

DYP: "Yolun sağı boş ola-ola solda sürənləri cəzalandıracağıq"

Kamran Əliyev: «Yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər, əks halda cəzalanacaqlar»

"Sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkətedən,eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər». Bunu Daxili İşlər Nazirliyinin Baş DövlətYol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsininrəisi, polkovnik Kamran Əliyev deyib. O sürücülərin nəzərinə çatdırıb ki, yaşayış məntəqələrində, yəni şəhərdaxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.

Əks halda cəzalanacaqlar: “Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində avtomagistral və avtomobil yolu nişanları (5.1 və 5.3 nömrəli nişanlar) ilə işarələnmiş yolun hərəkət hissəsində yol boş olduğu halda belə sol zolaqlarla hərəkət etmək qadağandır. Sürücülərimiz bilsinlər ki, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir: “Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar. Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir”.

Məlumat üçün qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

avtosfer.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR