Qırmızı.az
Akif Əlizadə: “Alimlərin maaşının artırılması vacib deyil”
Azərbaycanda oğlanların elmə marağı azdır. Dövlət tərəfindən tədbirlər görülməlidir ki, oğlanların bu sahəyə marağı artsın”.
Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün ölkədə gənc alimlərə böyük ehtiyac var. Elmə qadınların daha çox gəldiyini deyən akademiya prezidenti, elmi ekspedisiyalara getməyin, uca dağların zirvələrini fəth etməyin onlar üçün çətin olduğunu vurğulayıb: “Oğlanlar isə bu istiqamətdə daha böyük işlər görə bilərlər. Oğlanları uzaq ezamiyyətlərə, təcrübəyə göndərmək mümkündür. Qızları da göndərmək olar, ancaq bu zaman müəyyən problemlər, ailə məsələləri və digərləri ortaya çıxır. Düşünürəm ki, bu, AMEA qarşısında duran əsas problemlərdən biridir”.
A.Əlizadə alimlərin sosial, məişət problemlərindən də danışıb: “Alimlərin elmdə inkişafı, müxtəlif sosial, mənzil və məişət problemləri daim akademiyanı düşündür. Akademiyanın, elmin gənclərə ehtiyacı çoxdur. Gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil. Elm özü qazanmalıdır. Alimlər, ələlxüsus gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant və layihələrdə iştirak etsinlər və oradan məvaciblərini artırsınlar”.
A.Əlizadə tarixçi alimlərin akademiyanın müxbir üzvlüyündən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. O, bunun yanlış və əsassız məlumat olduğunu qeyd edib.
Gülxar
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı