Yardımlıda gecə bir aptek və iki mağaza qarət edilib
Bizi izləyin

Qırmızı.az

Yardımlıda gecə bir aptek və iki mağaza qarət edilib

Ötən gecə Yardımlıda, bir aptek, iki mağaza olmaqla oğurluq hadisələri törədilib. Hadisələrin kim və ya kimlərsə tərəfindən törədildiyi məlum deyil.

Ötən gecə Yardımlıda, bir aptek, iki mağaza olmaqla oğurluq hadisələri törədilib. Hadisələrin kim və ya kimlərsə tərəfindən törədildiyi məlum deyil.

Baş verən oğurluqlar nəticəsində vətəndaşlara külli miqdarda ziyan dəyib.

Hər 3 oğurluq hadisəsi ötən gecə Yardımlı şəhərinin Heydər Əliyev prospektində baş verib. Arus kənd sakini Bəşir Mustafayev polisə müraciət edərək, müdiri olduğu 146 saylı aptekdən 80 manat nağd pulun və aptekə məxsus möhürün naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Oğru və ya oğrular daha sonra, aptekə bitişik, Camal Mədət oğlu Abıyevə məxsus mağazaya daxil olaraq içərisində 3030 manat pul olan 1 ədəd seyfi, 600 manat nağd pulu, müxtəlif adda siqaretlər, təqaüd kartları, müxtəlif növ çayları oğurlayıblar.

Əldə etdikləri qənimətlərlə qane olmayanlar daha sonra, Müşviq Bədirova məxsus ticarət köşkünə üz tutblar. Burada 315 manat nağd pul, 1 ədəd “Sony” markalı DVD, 1 ədəd “NOKİA-6300” markalı mobil telefon, müxtəlif növ siqaret və şokaladları oğurlayıblar.

Artıq hadisə yerinə Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Əl və barmaq izləri götürülərək ekspertizaya göndərilib.

Hər üç oğurluq faktı ilə əlaqədar Yardımlı RPŞ - də araşdırma aparılır. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm