ADU-da “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirilib

ADU-da “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirilib

Azərbaycan Dillər Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin jurnalistika sahəsindəki fəaliyyətinə həsr olunmuş “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirilib.

Publika.Az – ın məlumatına görə, tədbir ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımovanın təşkilatçılığı ilə keçirilib.

Tədbirdə “Şərq qəzeti”nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, ADU kitabxanasının Qiraət zalının müdiri Gülzar Əfəndiyeva və fakültənin Jurnalistika ixtisasının I və II kurs tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Prezidentinin Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi haqda sərəncamının Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin irsinin araşdırılması yolunda mühüm addım olduğunu bildirdi. Prorektor Ə.Əliyev dedi ki, onun jurnalist fəaliyyətinin öyrənilməsi bugünkü gündə çox vacib və aktual məsələdir.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova çıxışında Əlibəy Hüseynzadənin həm böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olduğunu deyib. Uzun müddət onun alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi və müəllim kimi fəaliyyəti olduğunu xatırlatdı. Zeynab Kazımova onun jurnalist kimi fəaliyyətinin həm ictimai və publisistik, həm də jurnalistik irsininjurnalistika ixtisasında təhsil alan tələbələr tərəfindən öyrənməsinin vacibliyini vurğulayıb. O, prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı müvafiq sərəncamının bu mənada çox böyük əhəmiyyətə malik olduğunu, Əlibəy Hüseynzadənin ideyalarının təbliğində böyük rol oynayacağına əmin olduğunu deyib.

“Şərq qəzeti”nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmacı Akif Aşırlı Əli bəy Hüseynzadənin keçdiyi həyat yolu, onun ictimai-siyasi, o cümlədən jurnalistik fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında Əli bəy Hüseynzadənin xidmətlərindən söz açıb.

Çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Əli bəy Hüseynzadənin fəlsəfəsinin dərk edilməsinin vacibliyini vurğulayıb. Bu işin Əli bəy Hüseynzadənin tədqiqatçılarının üzərinə düşdüyünü deyib. Onun sözlərinə görə, Ə.Hüseynzadənin əsərləri bu gün bir qədər asan dildə gənclərə çatdırılmalıdır.

Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva dilin inkişafında dövrlə bağlı müxtəlif dəyişikliklərin olduğunu deyərək, Əli bəy Hüseynzadənin əsərlərinin dilini anlamaq üçün onun yazı və məqalələrinin tələbələrə tədris olunmasının, Əli bəy Hüseynzadənin təbliğ olunmasının vacibliyini deyib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 21 yanvar 2014-cü il tarixində imzaladığı Sərəncama uyğun olaraq Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm