• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

DSMF brifinq keçirdi

DSMF brifinq keçirdi

Dövlət Sosial Müdafiə Fondunda fərdi uçot sistemində onlayn qeydiyyatın ilkin yekunları ilə bağlı brifinq keçirilib.

DSMF – nin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən xəbərə görə, brifinqin məqsədi 2014-cü ilin ilin yanvar ayından tətbiq olunan “Sığortaolunanın onlayn uçota alınması” xidməti ilə bağlı ictimaiyyətin geniş marağı və daxil olmuş çoxsaylı müraciətlər nəzərə alınaraq, vətəndaşların bu elektron xidmət barədə əlavə məlumatlandırılması olub.

Brifinqdə DSMF-nin Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova bildirib ki, informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin təqdim etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. Belə elektron xidmətlərdən biri ölkə vətəndaşları arasında böyük diqqət və marağa səbəb olmuş “Sığortaolunanın onlayn uçota alınması” xidmətidir.

Bu xidmət vasitəsilə vətəndaşların fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçirilir. 2014-cü ilin yanvar ayından bu vaxtadək real vaxt rejimində onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 10.200 fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmişdir. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Elektron xidmətdən istifadə qaydaları (reqlament) DSMF-nin saytında yerləşdirilib. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-nin saytı, həm “Elektron hökumət” portalı vasitəsi ilə “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.

Eyni zamanda, əgər vətəndaş sığortaolunan kimi fərdi uçot sistemində qeydiyyatdadırsa bu zaman imtina haqqında informasiya əks olunmaqla sığortaolunanın nə zaman və hansı sığortaedən tərəfindən uçota alınması ilə bağlı xüsusi pəncərə açılır. “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti interaktivdir, xidmətdən istifadə ödənişsizdir. Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR