Qərb Regional Gənc Təlimçilər Akademiyası layihəsi başa çatıb
Bizi izləyin

Qırmızı.az

Qərb Regional Gənc Təlimçilər Akademiyası layihəsi başa çatıb

Qərb Regional Gənc Təlimçilər Akademiyası layihəsi başa çatıb.

AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində “Qərb Regional Gənc Təlimçilər Akademiyası” layihəsi baş tutdu.

11-12-13 aprel tarixlərində Emon Hoteldə gerçəkləşən layihənin əsas məqsədi Qərb regionunda təlimçilik sahəsində gənclərdə maraq oyatmaq,onların bu sahədə bilik və bacarıqlarının artırılmasını təmin etmək,eyni zamanda təlim sahəsində peşəkar mütəxəssislər hazırlamaqdan ibarətdir.

Layihə müddətində iştirakçı olan15 nəfər gəncə təlimçi olmaq üçün daha çox nələrə diqqət yetirməli, hansı məsələlərdə özünü inkişaf etdirməli, təlimçiliyin sirrləri haqqında ətraflı məlumat verilmiş və bu mövzularda maariflənmişlər. Peşəkar təlimçi Cavid İmamoğlu tərəfindən keçirilən təlimlər gənclərin ürəyincə olmuşdur. 3 gün davam edən Layihənin sonunda gənclər şəhadətnamələrlə təltif olunmuşdur. Ümumilikdə isə, layihə uğurla yekunlaşaraq gənclər üçün faydalı olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm