Qarsda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bizi izləyin

Qırmızı.az

Qarsda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Qarsdakı baş konsulluğu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi təşkil etmişdir.

Azərbaycanın Qarsdakı baş konsulluğu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi təşkil etmişdir.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə iştirak edən Qars vilayətinin rəhbərliyi, ölkəmizin bu şəhərdəki diplomatik nümayəndəliyinin əməkdaşları və ictimaiyyətin təmsilçiləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Türkiyənin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən ətraflı bəhs etmişdir. Diplomat vurğulamışdır ki, Azərbaycanın milli azadlıq hərəkatını boğmaq istəyən qüvvələr dahi siyasətçi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzalqşdırılmasından istifadə etmişlər. Bakıda və Dağlıq Qarabağda fəallaşan erməni separatçılarına Sovet İttifaqı rəhbərliyindən dəstəyin artırılması Qanlı Yanvar faciəsini törədilməsi ilə nəticələnmişdir. O ağır günlərdə həyatını təhlükəyə atan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qətliamı törədənləri kəskin şəkildə qınamışdır.

Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş və Qars Qafqaz Universitetinin professoru Hacali Nəcəfoğlu çıxışlarında Azərbaycan və Anadolu türklərinin erməni quldurlarına qarşı mübarizəsindən bəhs etmiş, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi dəyərləndirmişlər.

Mərasimdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm