• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Aznaurovdan - Milli Qəhrəmanlığa

Aznaurovdan - Milli Qəhrəmanlığa

İkinci dünya müharibəsi dünyanın indiyədək yaşamadığı ən böyük faciələrə məruz qoydu.Hitlerin amansız hücumları qarşısında tab gətirməyən Sovet imperiyasi müharibənin ilk illərində böyük itkilər verərək düşmən qaşısından geri çəkilməyə başladı...

Bax elə bu vaxtlar, İosif Stalinin əmri ilə SSRİ ərazisində yaşayan bütün xalqlar müharibəyə-"böyük vətənin müdafiəsinə"cəlb edildi və Gürcüstan SSRİ-nin Mesxetiya bölgəsində məskunlaşan Məhsəti türklərinin 50 min nəfəri Moskva və digər şəhərlərin müdafiəsində canli sipər kimi düşmən qabağında, sözun əsil mənasında ətdən divar hörürürlər. Müharibənin sonuna doğru 50 minlik Məhsətinin cəmisi 10 mini evinə qayıda bilir...

Tarixi sənədlərdən məlum olur ki,heç bir hərbi təlim keçilmədən birbaşa döyüşün içinə atilan bu xalqın beşdəbiri həyatda qalmağı bacarır və bunlar da əsasən müharibədə əlil və yaralı olaraq dönənlər olur...

Həyatlarını sovet imperiyası uğrunda qoyan məhsətilərin bəzilərinin xatirələrini oxuyanda dəhşətə gəlirsən...
1944-cü ildə 86 min axiskali(məshəti)Stalinin əmri ilə Orta Asiya səhralığına sürgün edilir(belə bir plan azərbaycanlılar haqda da mövcud idi).

Müharibədən evinə dönən məshəti türkünü burda xaraba evlər və dağıdılmış kəndləri gözləyir,əlsiz-ayaqsız geri dönən bu insanlar öz doğmalarını tapmaq üçün qazax çöllərinə getməli olurlar.
Onlar sonralar,Qazaxıstan və Özbəkistanda məskunlaşaraq taleləri ilə barışırlar.

1988-ci ilə Özbəkistanın Fərqanə vadisində yerli özbəklər dinc, silahsız axiska türklərinə divan tuturlar.
Özbək millətçiliyinin qızışdırılaraq ortaya atılması və bu "yad" camaata divan tutulması Qorbaçovun yenidənqurmasının təzahürü idi .
İnsan nə qədər düşüncəsiz olmalıdır ki, öz eyni kökündən olana-türkə qanlı divan tuta və bundan da qalib kimi həzz ala.

Təkcə, bu hadisələrdən sonra 50 min məhsəti türkü Azərbaycanda məskunlaşır.
Ölkəmizə gələn axıskalıların arasında Aznaurovlar nəsli də var idi...

...Bu kələ-kötür qayaların nəhayət ki,sonu gəlib çatır, insanın gözünün görə biləcəyi məsafəyə qədər sıraya düzülən qayalar,bax,onların uzun zəncirindən sonra əzəmətli Qafqaz dağları ucalmağa başlayır.

Buralar uzaq olmayan zəfər tarixinə şahidlik etmişdir.


Şəhidlər xiyabanında daha bir şəhid uyuyur: milli qəhrəmandır, Aznaurov İsgəndər Zöhrab oğlu,
...Qarabağda ermənilərin işğallarından sonra Gədəbəy sərhəd rayonu olaraq atəşə məruz qalmağa başlayır.


Ruslardan qalma qurğuların dilini heç kəs bilmədiyindən demək olar ki,hamısı lazımsız əşya kimi düzə atılırmış və belə ağır bir zamanda İsgəndər Aznaurov könüllü olaraq milli ordu siıralarına yazılır.
Baş leytenant kimi Gədəbəydəki "N"saylı hərbi hissənin artilleriya bölməsinə komandir müavini təyin edilir.



Növbəti dəhşətli döyüşlər 1993-cü ilin yaz aylarında başlayır.


Hücuma başlamazdan əvvəl İsgəndər top atəşi ilə düşmən postunu məhv edir və cana doyan düşmən bu igidin başı üçün mükafat təsis edir.


Aprelin 18-də milli ordunun "Örükdaş"da həyata keçirdiyi döyüş əməliyyatında İsgəndər Aznaurov düşmən tankının atdığı güllə nəticəsində "dördüncü vətənində"şəhid olur.


Faktlardan da məlum olur ki, nə indi, nə də keçmişdə yerli camaatın bu böyülükdə izdihamı müşahidə edilməmişdir, kimliyindən asılı olmayaraq hamı dəfn günüdə onu son mənzilə uğurlamağa çıxır.


Ölümündən öncə ,xalqın qəhrəmanına çevrilən Aznaurov şəhid olduqdan sonra Azərbaycan milli qəhrəmanı adına layiq görülür.


Məzarı Şəhidlər xiyabanındadır



Əziz Əlibəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR