Rəis müavinin evi külə döndü
Bizi izləyin

Qırmızı.az

Rəis müavinin evi külə döndü

Bu gecə Sabirabad rayonunda yaşayış evlərindən birində güclü yanğın olub. Teleqraf.com-un xəbərinə görə, yanğın hadisəsi rayonun Ətcələr kəndində qeydə alınıb.

Kənd sakini Niyaməddin İbrahim oğlu İbrahimovun evində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin Yanğından Mühafizə İdarənini Sabirabad bölməsinin yanğın söndürənləri gəlib. Yanğın güclü olduğu üçün evdə olan bütün əşyalar yanıb. Ev sahiblərindən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Niyaməddin İbrahimov Respublika Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayon Polis Şöbəsinin yol polisi bölməsinin rəis müavini vəzifəsində çalışır. -

Oxumağa davam et
Reklam
Reklam

Gündəm