Qırmızı.az
Ziya Məmmədov media holdinq qurdu – Rəsmi
“Bir həftə ərzində media holdinqimiz fəaliyyətə başlayacaq”.
Bu sözləri “Axar.az”a Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni layihəsi olan “Qarant media holdinq”in hüquqşünası Ruslan Məmmədov yeni holdinq barədə danışarkən dedi.
Onun sözlərinə görə, holdinqə neçə media orqanının daxil olduğu fəaliyyətə başlayandan sonra tam məlum olacaq: “Fəaliyyətə başlayandan sonra bura hansı media qurumlarının daxil olduğunu görəcəksiniz. Redaksiya heyətinin də kimlərdən ibarət olduğu barədə hələlik bir söz demək istəmirəm. Bir həftə səbir etsəniz, bütün suallarınıza cavab tapacaqsız”.
R.Məmmədov holdinqə “Gün.az” və Yurd TV-nin daxil olub-olmayacağından isə məlumatsız olduğunu bildirdi: “Bu barədə konkret heç bir məlumatım yoxdur”. R.Məmmədov qeyd etdi ki, holdinqin əsas fəaliyyət istiqaməti “Naşnl Qeoqrafik”i (“National Geographic”) Azərbaycana gətirməkdir: “Fəaliyyətimiz bunun üzərində qurulub. Bütün gücümüzü də buna sərf edirik. Bununla yanaşı, media fəaliyyətimizi də genişləndirməyi düşünürük. Bu, paralel bir işdir. Ancaq təbii ki, qarşımıza qoyduğumuz əsas məqsəd “Naşınl Qeoqrafik”dir”.
Qeyd edək ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yeni media holdinq quruduğu xəbərini “Musavat.com” yaymışdı. Portalın məlumatına görə, holdinqə “News.az”, “Mugamradio.az”, “Marka.az”, “İnterpress.az”, “Auto FM”, həmçinin reklam saytları – “Turbo.Az”, “Boss.az” və “Bina.az” saytları daxildir. Həmçinin “Gun.az”, eləcə də Yurd TV-nin də holdunqin tərkibində olduğu deyilir.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO