• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ceyhun Ələkbərov: “Bütün türk dünyası bu məsələyə öz problemi kimi yanaşacaq”

Ceyhun Ələkbərov: “Bütün türk dünyası bu məsələyə öz problemi kimi yanaşacaq”

“Mən bir Xocalı soyqırımını yaşamış, 40-dan artıq yaxınını itirmiş xocalılı, bir Azərbaycan türkü olaraq tarixin ədalətsizliyinə məruz qalmış, öz doğma yurdlarını məhz türk olduqları və Türkiyə ilə sərhəddə yaxın olduqları üçün sürgün edilmiş axıska türklərini daha yaxşı anlayıram”.

Bunu “Soyqırım Həqiqətlətrinini Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Türkiyənin Giresun Dövlət Universitetində Axıska türkləri ilə bağlı simpoziumda çıxışı zamanı deyib. O, həmçinin əlavə edib ki, insasnın zorla öz el- obasını tərk etməsi, onun özünü tərk etməsi kimidir: “Bu zaman səni sən edən bütün dəyərləri buraxıb, sonda sənsiz bomboş həyat sürürsən. Xəyallarında daim doğulduğun, amma gedə bilmədiyin el-oba canlanır. Bunu yaşamış axıska türklərinə dəstək verən hər kəsə təşəkkür edirəm. Bu arada özəlliklə Azərbaycan dövlətinə xüsusi bir təşəkkür düşür. Rus “KQB”sinin Fərqanədə süni olaraq yaratdığı olaydan sonra Azərbaycan axıska türklərinə qucaq açdı. Azərbaycan ona pənah gətirən qardaşına sahib çıxdı”. C.Ələkbərov vurğuladı ki, Azərbaycanda yaşayan axıska türkləri daim dövlətin diqqət və qayğısını hiss ediblər: “Ulu öndər Heydər Əliyev də Axıska türklərinə xüsusi qayğı ilə yanaşırdı. Bu gün də Azərbaycanda yaşayan axıskalı qardaşlarımız bir vətəndaş kimi bütün imtiyazlara sahibdirlər. Cənab prezident İlham Əliyev də axıskalı qardaşlarımıza diqqətlə yanaşır.

Sonda onu da əlavə edim ki, Gürcüstanın BMT qarşısında götürdüyü öhdəliklər var. Bu öhdəliyə görə, Axıska türklərinin öz doğma yurd-yuvalarına qayıdışı təmin olunmalıdır. Bu proses 2-3 il öncəyə qədər sürətlə getsə, sənədləşmə işləri aparılsa da sonradan bu proses ləng getməyə başladı. Gürcüstan bir demokratik dövlətdir və inanırıq ki, Axıska türklərinin öz doğma yurd yuvalarına qayıtmasına yardımını əsirgəməyəcək. Axıska türklərinin, eyni zamanda Azərbaycanın Qarabağ problemi o zaman öz həllini tapacaq ki, bütün türk cumhuriyyətləri bu məsələrlərə öz problemi kimi yanaşacaq”.

Elnur Eltürk

Xəbər lenti

DAHA ÇOX XƏBƏR