Vulkan püskürməsi 4000 nəfər üçün təhlükə yaratdı
Bizi izləyin

Qırmızı.az

Vulkan püskürməsi 4000 nəfər üçün təhlükə yaratdı

Perunun cənubunda Ubinas vulkanının püskürməsi yaxınlıqda yaşayan əhali üçün təhlükə törədib. Bununla əlaqədar artıq minlərlə sakin təhlükəsiz yerlərə evakuasiya edilib. Rəsmilərin bildirdiyinə görə, təhlükəli zonada yaşayan 4000-dən çox sakinin evakuasiyası 4 gün çəkəcək.



Nəhəng Ubinas vulkanı ötən həftədən bəri kül püskürməyə davam edir. Kül buludunun maksimal hündürlüyü isə 4 kilometrə çatıb. Ubinas vulkanı yaxınlığındakı əyalətlərdə fövqəladə vəziyyət elan edilib.



Qeyd edək ki, sonuncu dəfə Ubinas vulkanı 2006-cı ildə kül və qaz püskürərək kənd təsərrüfatına ziyan vurmuş və əhalinin kütləvi evakuasiyasına səbəb olmuşdu./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm