Abituriyentlərin növbəti sınaq imtahanı keçirilir
Bizi izləyin

Qırmızı.az

Abituriyentlərin növbəti sınaq imtahanı keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün abituriyentlər üçün növbəti sınaq imtahanı keçirir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün abituriyentlər üçün növbəti sınaq imtahanı keçirir.

TQDK ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün respublikanın 24 şəhər və rayonunda sınaq imtahanı keçirir. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49066 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir.

Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm