Hərbi hissələrin yerində şəhərcik salınacaq
Bizi izləyin

Qırmızı.az

Hərbi hissələrin yerində şəhərcik salınacaq

Bu il Gəncə şəhərində yerləşən 6 hərbi hissə köçürüləcək. Hərbi hissələrin yerində şəhərçik salınacaq.

Bu il Gəncə şəhərində yerləşən 6 hərbi hissə köçürüləcək. Hərbi hissələrin yerində şəhərçik salınacaq.

Hərbi hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilər şəhərin baş planına uyğun olaraq istifadə olunacaq.

Qeyd edək ki, Gəncədə hündür mərtəbəli binalardan ibarət kiçik şəhərciklər yaradılır. Şəhərin müxtəlif yerlərində 12 mərtəbəli binalardan ibarət şəhərciklərin artıq başlanıb. “Yeni Gəncə” yaşayış massivində 12 ədəd 12 mərtəbəli binadan ibarət şəhərciyin salınmasına başlanılıb.

"Yeni Gəncə"-dən başqa, şəhərin Abbas Səhhət adlanan yaşayış massivində də 12 mərtəbəli binalardan ibarət şəhərcik salınmağa başlayıb. Heydər Əliyev park kompleksinin yaxınlığında isə geodeziya işləri aparılır. Orada da şəhərcik salınacaq.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib ki, ölkə prezidentinin tapşırığı ilə şəhərin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək. Və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm