Azərbaycan ərazisində qısamüddətli yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycan ərazisində qısamüddətli yağış yağacaq

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 9-14°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaq. Atmo

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 12-17° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm