FHN-in Qarabağ Regional Mərkəzində xilasedicilər təlimlər keçiblər
Bizi izləyin

Qırmızı.az

FHN-in Qarabağ Regional Mərkəzində xilasedicilər təlimlər keçiblər

Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri üçün “Deformasiyaya uğramış avtomobilin içərisindən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi xilasetmə işlərinin yüksək səviyyədə təşkili və həyata keçirilməsi qaydaları, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilərək ərazidən təxliyə edilməsi üzrə bilikləri artırmaqdır.
Əvvəlcə xilasedicilər texniki təhlükəsizlik qaydaları barədə ətraflı təlimatlandırılıblar. Ərazidə avtomobil qəzasının baş verməsi haqqında şərti siqnaldan sonra, xilasedicilər xilasetmə işlərinə başlayıblar.

Qəzaya uğrayaraq deformasiyaya məruz qalmış avtomobilin kabinəsindəki şəxs xüsusi alət və avadanlıq vasitəsilə xilas edilib. Şərti yaralıya ilkin tibbi yardım göstərilmiş və hadisə yerinə gəlmiş tibb işçilərinə təhvil verilib.

Sonda qrup komandirlərinin və xilasedicilərin fəaliyyəti təhlil edilmiş, xilasetmə əməliyyatının gedişində yol verilmiş nöqsanlar və əldə olunmuş təcrübə barədə fikir mübadiləsi aparılıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm