Laçın İcra Hakimiyyətində əməliyyat – Həbs var
Bizi izləyin

Qırmızı.az

Laçın İcra Hakimiyyətində əməliyyat – Həbs var

Laçın İcra Hakimiyyətində əməliyyat – Həbs var

Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə həbs edilən şəxsin yaxınları “Axar.az”ın əməkdaşına məlumat verib.

Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Ağcabədi şəhərində yerləşən İcra Hakimiyyətinin Ərazi idarəetməsi və yerli özünüidarə orqanları ilə iş üzrə şöbəsinin müdiri Aslan Abbasov faktı təsdiqləsə də, səbəblərini bilmədiyini dedi: “Bəli tutub aparıblar, ancaq səbəbini biz də bilmirik. Hələ ki, heç nə deməyiblər”.

Məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, bu barədə məlumat verə bilməzlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm