TQDK 15698 şagird üçün imtahan keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK 15698 şagird üçün imtahan keçirəcək

TQDK Bakı və Sumqayıt şəhərlərində növbəti monitorinq imtahanları keçirir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 22, 23 və 24 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirəcək.

Bu barədə Publika.Az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. İmtahanlar 280 məktəbdə təşkil olunacaq və prosesdə 15698 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm