• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Daşqın Gülməmmədov: Jurnalist Rauf Mirqədirovun casusluqda ittiham olunması səbəbsiz deyil

Daşqın Gülməmmədov: Jurnalist Rauf Mirqədirovun casusluqda ittiham olunması səbəbsiz deyil

Azərbaycanın "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun casusluqda və Ermənistan xüsusi xidmət orqanlarına calışmaqda ittiham olunması səbəsiz deyil.

Bunu, jurnalist Rauf Mirqədirovun həbs olunmasına münasibət bildirərkən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib.

O, əlavə edib ki, burada hər hansı boş ittihamdan, nə bilim siyasi məqsədlə həbsdən danışmaqdan söhbət gedə bilməz. Birincisi Rauf Mirqədirovun Ermənistanla ciddi əlaqələri olub və bu Türkiyə Milli İstihbarat Təşkilatının nəzərindən qaçmayıb. Son iki ayda Ermənistan və Rusiya xüsusi xidmət orqanlarının regionda aktivləşməsi prosesi müşahidə edilməkdədir. Çox güman ki, Rauf Mirqədirovun fəaliyyətində Türkiyə MİT Əks-kəşfiyyat xidməti nələrsə müşahidə edib və bu müşahidənin nəticələri Bakıya Milli Təhlükəsilik Nazirliyinin Əks-kəşfiyyat Baş İdraəsinə transfer edilib.

Əgər Azərbaycan iqtidarı Rauf Mirqədirovu jurnalist fəaliyyətinə görə həbs etmək istəsəydi başqa qondarma maddələr düşünərdilər. Maraqlı maddələr Azərbaycan Cinayət Məcəlləsində çoxdur. Sadəcə Rauf Mirqədirovun yazdığı analitik yazılar və məqalələri oxusaq müşahidə etsək çox gizlinlər aydın olar. Bu şəxs daima türkcü, millətçi və vətənpərvər siyasi və ictimai xadimlərə qarşı ləkə dolu məqalələr yazıb. Aydındır ki, bu məqalələr xüsusi sifarişlə Azərbaycanın düşmənləri, anti-türkçü dairələr tərəfindən sifariş edilib. 2006-cı ildə məhz bu Rauf Mirqədirov mənim haqqımda da "Zerkalo" qəzetində sifarişli yazı yaşmışdı.

Həmçinin digər yazılarında Gürcüstanda türklərin hüquqlarını müdafə edən şəxslərə daima Rusiya casusları damğası vurmağa çalışıb. Mən Azərbaycan jurnalistlərindən xaiş edirəm ki, 2004-cü ildən bu yana jurnalist Rauf Mirqədirovun yazılarını oxuyub incələsinlər. O yazıların hamisi sifarişli yazılardır və ant-türk xarakterlidir. Mən bir şeyi başa düşmürəm ki, belə yazılarının "Zerkalo" qəzetində yayımlanmasında baş redaktor Elçin Şıxlının marağı nə olub? deyə Daşqın Gülməmmədov şərhini bitirib”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR