Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - FOTO

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevaprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul edib.

Müdafiə naziri Serik Axmetov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.


Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin müdafiə sahəsində də əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

X X X

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevaprelin 21-də Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Kamboca Krallığının Baş nazirinin Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı səfərin uğurlu olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələri qurulması üçün yaxşı imkanların olduğunu vurğuladı. Dövlətimizin başçısı Kamboca Krallığının Baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.


Baş nazir Hun Sen Kamboca Kralı Norodom Sihamoninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Baş nazir xalqımızın ümummilli lideri Heydər Əliyev ilə iki dəfə görüşdüyünü böyük ehtiramla xatırladı. Baş nazir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Bu il Azərbaycan ilə Kamboca arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin olacağını vurğulayan Hun Sen ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi. Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.


Dövlətimizin başçısı Kral Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kamboca Kralına çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm