Bu gün Bakıda hava yağmurlu olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün Bakıda hava yağmurlu olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-13°, gündüz 17-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 15-18° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın üç gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm