Toronto Universitetində 20 Yanvar faciəsi anıldı
Bizi izləyin

Qırmızı.az

Toronto Universitetində 20 Yanvar faciəsi anıldı

Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, mərasimdə Toronto Universitetində təhsil alan azərbaycanlı tələbələr və Toronto şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. O, vurğulamışdır ki, 140-a yaxın dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi olaraq, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edib.

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm