11 aylıq körpəni və 19 yaşlı qızı zorlayıb öldürən canilərin edamı təxirə salındı
Bizi izləyin

Qırmızı.az

11 aylıq körpəni və 19 yaşlı qızı zorlayıb öldürən canilərin edamı təxirə salındı

11 aylıq körpəni və 19 yaşlı qızı zorlayıb öldürən canilərin edamı təxirə salındı

ABŞ-da iki edam prosesi təxirə salınıb. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Oklahoma ştatında iki cinayətkarın edam prosesi edam iynəsinin tərkibinin naməlum olmasına görə Ali Məhkəmənin qərarı ilə təxirə salınıb.

Məlum olub ki, məhkəmənin qərarı cinayətkarlardan birinin edamına 1 gün qalmış çıxıb. Canilərdən biri 19 yaşlı qızı zorlayıb öldürdüyünə görə edam cəzasına məhkum edilib.

Edamı təxirə salınan digər cinayətkar 11 aylıq uşağı zorlayıb öldürdüyünə görə bu cəzaya məhkum olunub. Onun edamı gələn həftə icra edilməli idi.

Keçən ay məhkəmə edama məhkumlarından iynənin tərkibinin gizlədilməsini qadağan edib. Belə ki, məhkəmə hesab edir ki, bu canilərin hüquqlarını pozur.

Tibbi preparatlar istehsalçıları onların məhsullarının ABŞ-da edam üçün istifadə edilməməsi üçün müxtəlif tədbirlər görür. Nəticədə, ABŞ hökuməti tez -tez lazımi preparatları əldə etmək üçün gizli yollara əl atır.

Qeyd edək ki, ABŞ qanunlarına görə, edam iynəsi məhkuma ağrı vermədən onu öldürməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm