Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilir
Bizi izləyin

Qırmızı.az

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilir

Bu gündən başlayaraq “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar qabiliyyət imtahanı verirlər.

Publika.Az-ın məlumatına görə, aprelin 22-dən 24-dək davam edəcək imtahan komissiyanın binasında keçirilir. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel tarixindən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürübi və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qeyd edək ki, qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb. Bu müddət ərzində “Jurnalistika” ixtisası üzrə magistraturada oxumaq üçün 25 nəfər qeydiyyatdan keçib. Cari ildə “Jurnalistika” ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb ki, bunlardan 25-i dövlət sifarişi üzrədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm