Qırmızı.az
İran Azərbaycana 5 məhbus təhvil verəcək (SİYAHI)
İran 5 azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək. Bu barədə
Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, İran Azərbaycana bu ölkənin həbsxanalarında
saxlanılan beş azərbaycanlı məhbusun təhvil verilməsinə hazır
olduğunu bildirib və hazırda həmin məhbuslarla bağlı sənədlərin
təqdim olunmasını gözləyir.
Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata əsasən,
Azərbaycana təhvil veriləcək məhbuslardan 4-ü kişi, 1-i isə
qadındır. Onlar Hüseynov Zamin Ramik oğlu, Əliyeva Nəzakət Əli
qızı, Sultanov Səbuhi Yavər oğlu, Yusifov Firdus Sultan oğlu,
Sultanov Taleh Əziz oğludur.
Həmin məhbusların hansı ittihamla İranda saxlanıldığı və neçə il
azadlıqdan məhrum edildiyinə dair məlumat verilməyib.
Qeyd edək ki, İranın PressTV kanalının rəsmi saytının məlumatına
görə, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ötən gün
Ərdəbil əyalətində jurnalistlərə deyib ki, yaxın vaxtlarda
Azərbaycan dövlətinin daha 100 iranlı məhbusu bu ölkəyə təhvil
verəcəyi gözlənilir.
C.Axundov bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları
almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində
çəkmələri üçün İrana təhvil veriləcəklər.
Xatırladaq ki, bundan öncə Azərbaycanda saxlanılan 25 iranlı məhbus
ölkələrinə qaytarılıb. İran isə öz növbəsində casusluqda ittiham
olunan 2 azərbaycanlı məhbusu ölkəmizə qaytarıb.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO