İordaniya rəsmiləri Bakıya səfər edəcək
Bizi izləyin

Qırmızı.az

İordaniya rəsmiləri Bakıya səfər edəcək

İordaniyanın bir qrup dövlət rəsmisi Bakıya səfər edəcək

İordaniyanın qadın məsələləri üzrə dövlət naziri Esma Xaber, İordaniya Parlamentinin sədri, ölkənin sabiq hökumət başçısı Abdulrauf əl-Ravabde, eləcə də senatın bir qrup üzvü aprelin 25-də Azərbaycana səfərə gəlir.

Səfərin məqsədi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir.

Qeyd edək ki, Forumda ən geniş nümayəndə heyəti ilə İordaniya təmsil olunur. Nümayəndə heyətinin tərkibinə İordaniya şahzadəsi Əlahəzrət Şahzadə Hassan bin Talal, İordaniya Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nazim Qaşou, İordaniya Baş nazirinin keçmiş müavini, hazırda İordaniya Senat Şurasının üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycanla dostluq üzrə parlament qrupunun üzvü Mərvan əl-Hmud, sabiq nazirlər, hazırda isə senatın üzvləri Mahmud Alsaqur, Cəfər Huneiti, Saleh Rusheydat və başqaları daxildir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.

2015-ci ildən sonrakı dövrdə Minilliyin İnkişafı layihəsinə həsr edilən Forumda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə ediləcək, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm