• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nazirlik daha 17 nəfərə yardım göstərib

Nazirlik daha 17 nəfərə yardım göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu günlərdə 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr söbəsindən Publika.az-a verilən məlumata görə, yardimlar Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumatları əsasında həyata keçirilib.

Həmin şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməklə, məşğulluqlarının təmin edilməsi, lazım gəldikdə sosial yardımla təmin olunmaları da diqqətdə saxlanacaq. Bu ilin ilk rübü ərzində isə Mərkəz DİN-in Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərilib, həmçinin 2 nəfəri münasib işlərlə, 2 nəfəri sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfəri ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.

İnsan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında maarifləndirmə tədbirləri də həyata keçirilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR