Cihad əl-nikah adı ilə ölkədən çıxarılan qadınlar seks biznes üçün istifadə edilir
Bizi izləyin

Qırmızı.az

Cihad əl-nikah adı ilə ölkədən çıxarılan qadınlar seks biznes üçün istifadə edilir

"Sumqayıtda qadınlara, fətva verərək, cihad əl-nikah(seks-cihad) adı altında Suriyaya mücahidlərlə cinsi yaxınlıq üçün göndərənlər insan alveri ilə məşğul olan qruplardır. Onların məqsədi "seks cihad" yox əsl seks biznesdir".

Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova söyləyib. M.Əzizova bu məsələ ilə bağlı Suriyadakı fəal qadınlarla danışıq aparıldığını, onların bu ölkədə belə bir cihad növünün olmadığını söylədiklərini deyir: "Biz bu barədə məlumat aldıqdan sonra Suriyada yaşayan fəal qadınlarla əlaqə saxladıq. Onlar Suriyada belə bir cihad növünün olmadığını, qəti şəkildə bu məlumatı təkzib etdilər. Bizə bildirdilər ki, dində bu cür əməllər günah sayılır. Araşdırmalar zamanı bəlli oldu ki, bu insan alverçilərinin çirkin əməlləridir. Onlar ailələrində problem olan qadınları bu adla cəlb edərək müxtəlif vasitələrlə şirnikləndirərək ölkədən xaricə çıxardır".

M. Əzizova son vaxtlar Suriyaya "seks cihad"adı ilə evdən çıxıb insan alverçilərinin şəbəkəsinə qoşulan qadınların da sayının artdığını söyləyir: "Həmin qadınlar evdən çıxdıqda bu adla çıxır ki, ərləri onları axtarmasın. Daha sonra ölkə daxilində seks biznesdə istifadə edilir".

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhər Polis İdarəsi məlumət verib ki, seks-cihad fətvaya bağlı Sumqayıtdakı həvariclər təbliğat aparırlar. Artıq bir qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat yaylıb. Qadın ərini atıb. Polisin şübhəli bilinənlər siyahısına seks-cihada niyyətli olan həvariclərin nümayəndələri də daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm