• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Azəryolservis”: “Nobel prospektindəki yol yenidən çökə bilər”

“Azəryolservis”: “Nobel prospektindəki yol yenidən çökə bilər”

“Nobel prospektində yolun çökməsi ilə bağlı problem həll edilməyib. Çünki ərazidə kommunikasiya xəttində sızma var. Ona görə də həmin yol yenidən çökə bilər”.

Bu sözləri Publika.Az-a açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

“Yolda intensiv hərəkəti və baş verəcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həmin ərazidə adiyyatı üzrə işlər aparıldı. Əraziyə nəzarət edilməsi ilə bağlı yol istismar sahələrinə tapşırıq verilib, ərazi nəzarətdə olacaq. Yuyulmanın kollektor üzərində olması ehtimal etməyə əsas verir ki, bu kollektorda olan uzun müddətli sızmalar səbəbindən baş verə bilər. Problem aradan qaldırılana qədər proses davam edəcək. Yol yenidən və daha geniş ərazidə çökə bilər. Həmin ərazidə əvvəl də çalanın olması və torpaqla doldurulması bildirilir. Lakin bu fikirlər əsassızdır. Hətta iş düzgün aparılmasa belə, 10 metr çala yarana bilməz”.

P.Mürsəliyev yenidən çökmə baş verərsə, bunun ərazidə hərəkət edən avtomobillərin hərəkətinə problem yaratmayacağını bildirdi.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirdilər ki, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı sızma, axıntı aşkarlanmayıb.

“Problem bizimlə bağlı deyil. Sadəcə biz çökmənin kollektora ziyan vurub-vurmamasını araşdırırıq. Qərar qəbul olunub ki, batmış hissə doldurulsun və oraya asfalt vurulsun”.

Xatırladaq ki, ötən gün səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR