• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İranda şiəlikdən sünniliyə keçən 11 nəfər tutulub

İranda şiəlikdən sünniliyə keçən 11 nəfər tutulub

İranın yerli ərəblər yaşayan Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində şiəlikdən sünniliyə keçən 11 nəfər tutulub. Həbslər son bir həftədə bir neçə mərhələdə həyata keçirilib.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhvaz şöbəsinin əməkdaşları yerli şiə ərəblərindən olan, son vaxtlar sünniliyi qəbul edən Əyyub Əhmədi, Səid Xezri Həmadi, Əhməd Əfravi, Əli Rəvanbəxş, Xələf Zübeydi, Əbdülrza Calali (Əbdülvəhab), Nasir Calali, Seyid Cəfər Musəvi, Qazi Həndali, Seyid Əhməd Nəzari və Nəzari soyadlı başqa birisini tutub aparıblar.

Tutulanların evlərində yoxlama aparılıb, sünniliklə bağlı kitablar, CD-lər və onlara məxsus bir sıra digər şəxsi əşyalar götürülüb.

İrandakı hüquq müdafiəçilərinin bildirdiyinə görə, tutulan şəxslər şiəlikdən sünniliyə keçməkdə, sistemə qarşı təbliğat aparmaqda, ev şəraitində sünni məzhəbinə uyğun dini mərasimləri yerinə yetirməkdə, “Quran” dərsləri keçməkdə və camaat namazı təşkil etməkdə günahlandırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR