"İstedadlı Tələbələr Azərbaycan" layihəsinin final mərhələsi keçirilib - Foto
Bizi izləyin

Qırmızı.az

"İstedadlı Tələbələr Azərbaycan" layihəsinin final mərhələsi keçirilib - Foto

"İstedadlı Tələbələr Azərbaycan" layihəsinin final mərhələsi keçirilib-Foto

Cari ilin 19 aprel tarixində Azərbaycan Prezidenti yanında Gənclər fondu və Azərbaycan Dövlət Aqrar Universitenin maliyyə dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin texniki dəstəyi və layihə rəhbəri Əli Tağıyevin təşkilatçılığı ilə "İstedadlı Tələbələr Azərbaycan" layihəsinin final mərhələsi baş tutub.

Layihənin açılış sözünü layihə rəhbəri ADAU TGT-nin sədri Əli Tağıyev açıb.

Layihədə ADAU-nun tədris işləri üzrə prorektoru dos. Anar Hətəmov, Gəncə şəhər Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə ŞT GB-nin sədri Fərid Dünyamalıyev, GTM Qərb ofisinin direktoru Aygün Həsənzadə , ali və orta təhsil müəssisələrinin TGT-nin sədrləri və digər QHT nümayəndələri və xalq artistlərindən ibarət münsiflər iştirak edib.

Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə 100 nəfər iştirakçı arasından münsiflər tərəfindən seçilmiş 40 nəfər iştirakçı iştirak edib. Müxtəlif kateqoriyalarda öz istedadlarını nümayiş etdirən iştirakçılar münsiflər və həmçinin 400 -ə yaxın tamaşaçıların səs verməsi yolu ilə qiymətləndiriliblər.

Səsvermənin yekununda birinci yerə Abbaszadə Abbasxan , ikinci yerə İsgəndərov Məhəmməd və üçüncü yerə Babayeva Fatma laiq görülmüş və müvafiq olaraq 200,150 və 100 manat məbləğində mükafatlandırılmışlar, həmçinin bütün iştirakçılar müsabiqədə iştirak etdiklərinə görə sertifikatla təltif olunub.

Turan Məmmədzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm