Leyla Yunus həbsini gözləyir
Bizi izləyin

Qırmızı.az

Leyla Yunus həbsini gözləyir

Leyla Yunus həbsini gözləyir

Hüquq müdafiəçisi Leyla Yunus “Ayna” qəzetinin Ankara təmsilçisi Rauf Mirqədirovun həbsinin səbəblərinin açıqlanmasından sonra özünün də həbs edilə biləcəyi ehtimalından danışıb.

Publika.az-ın xəbərinə görə, hüquq müdafiəçisinin informasiya agentliklərindən birinə göndərdiyi məktubda rəhbəri olduğu Sülh və Demokratiya İnstitunun “Region” Araşdırma Mərkəzi (Ermənistan, direktor Laura Baqdasaryan) ilə həyata keçirtdiyi birgə layihələrdən söz açılır.

“Bizim təşkilat 2005-ci ildən Ermənistanla aşağıdakı layihələr çərçivəsində əməkdaşlıq edir:

- “The elimination of stereotypes. Formation of the common access“ Common project of IPD with Armenian NGO “Investigative Journalists”/Region Research Center (RRC), Conciliation Resources (Böyük Britaniya) qrantı (Sentyabr 2005-Dekabr 2009).

- “Breaking stereotypes and creating a common information space.” IPD in cooperation with Region Research Center (RRC) (Armenia) – Azərbaycan və Ermənistandakı Britaniya səfirliyinin qrantı (Aprel 2010- Yanvar 2014).

- “Public Dialog”. IPD in cooperation with Region Research Center (RRC) (Armenia) –Polşanın Azərbaycandakı səfirliyinin qrantı (İyun-dekabr, 2013).

Bu layihələrin gerçəkləşməsi üçün ilk dəfə olaraq müştərək Azərbaycan-Ermənistan saytı yaradılıb. www.publicdialogues.info

Bu layihələr çərçivəsində Rauf Mirqədirov dəfələrlə ekspert kimi İnternet konfranslarda və həmçinin, DİD-in birgə layihələri, Ermənistanın Elmi-İstehsalat Cəmiyyətində iştirak üçün Ermənistandakı tədbirlərdə iştirak edib. Məhz buna görə, o, ittiham olunur.”

Leyla Yunus öz həbsini də istisna etməyib: “Həbsimə neçə müddət qaldığını bilmirəm. Lakin mənim həbsimi proqnozlaşdırmaq mümkündür”.

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət, casusluq, cəza müddəti 10 ildən ömürlük) ilə ittiham edilir.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm