"Türklər üçün ortaq ünsiyyət dili" kitabının təqdimatı keçirildi
Bizi izləyin

Qırmızı.az

"Türklər üçün ortaq ünsiyyət dili" kitabının təqdimatı keçirildi

Qafqaz Universitetində Türk Dili və Ədəbiyatı müəllimliyi bölməsi tərəfindən tanınmış alim, professor Tofiq Hacıyevin "Türklər üçün ortaq ünsiyyət dili" kitabının təqdimatı keçirilib.

Tədbiri Türk Dili və Ədəbiyyatı kafedrasının müdiri Professor Ömer Okumuş açaraq hörmətli alimimizlə bağlı öz ürək sözlərini dilə gətirdi. Tədqiqatçılardan Zəminə Ziyayeva, Sait Şimşək kitab haqqında tələbələrə və tədbir iştirakçılarına ətraflı məlumat verərək kitabın Türk dünyası üçün olan əhəmiyyətindən bəhs etdilər. Tədbirdə iştirak edən qonaqlardan Nazim Əkbərov, Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri Fəlsəfə doktoru, dosent Qətibə Mahmudova professor Tofiq Hacıyevin və onun yazdığı kitab haqqında mənalı çıxışları ilə yadda qaldılar. Tofiq Hacıyevin səmimi çıxışı tələbələr tərəfindən maraqla qarşılandı.Dəyərli alim Türk dilinin nəinki Türk dövlətlərində eləcədə bütün dünyada yayılmasında Türk məktəblərinin rolundanda geniş danışıb.Məktəblərlə yanaşı medianında Türk dilinin Türk xalqları üçün ortaq ünsiyyət dili seçilməsində təsiri olduğunu da dilə gətirib.Dilin xarici sözlərdən qorunmasınında zəruri olduğunu vurğulayan alim Türk dünyasının anlaya bildiyi bir dil olduğunu qeyd edib.Daha sonra Tofiq Hacıyevin tələbələr tərəfindən verilən sualları ətraflı şəkildə cavabladı. Sonda professor Tofiq Hacıyevin bu günün xatirəsi olaraq təşəkkürnamə verildi. Professor Tofiq Hacıyev belə görüş təşkil edildiyinə görə Qafqaz Universitetinin rəhbərliyinə, Pedaqogika Fakültəsi və Türk Dili və Ədəbiyyatı müəllimliyi kafedrasının rəhbərliyinə təşəkkürünü bildirərək bu görüşdən xoş təəssüratlarla ayrıldığını söylədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm